Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 ”Nağıllar ailəminə səyahət” nağıl kitabından ibarət ucadan oxu təşkil edilib

18.05.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 16.05.2023-cü il tarixində   "Nağıllar ailəminə səyahət” adlı uşaq yazıçısı Gülzar İbrahimovanın nağıl kitabından ibarət ucadan oxu təşkil etdi. Tədbirdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva yazıçı Gülzar İbrahimovanın “Dostlaşmış nağıllar” kitabından nağıl oxudu. İştirakçıların böyük həvəs və maraqına səbəb olan bu kitabda, Azərbaycan xalq nağıl qəhrəmanlarının dünya xalqlarının nağıl qəhrəmanları ilə necə dostluq etməsindən bəhs edirdi. Tədbirdə Mehran Qəşəmli, İnci Qəşəmli, Nuray Məmmədova nağıl qəhrəmanları haqqında öz fikirlərini bildirdilər. Hal-hazırda təqaüddə olan Azərbaycan dili ədəbiyyat müəllimi Validə Hüseynova uşaqların maraq dünyasının zənginləşməsində böyük rolu olan belə tədbirlərin keçirilməsinin vacib olduğunu söyləyərək bu işin təşkilatçılarına təşəkkürünü bildirdi.

 

79.2 KB